Qazaxıstan bəzi dövlətlərə sərhədlərini bağladı

    DÜNYA

    30 Noyabr 2021 | 13:47

    Qazaxıstan hökuməti ölkədə “Omikron” ştammının yayılmasının qarşısını almaq üçün bir sıra dövlətlərdən əcnəbilərin ölkəyə girişini məhdudlaşdırmaq qərarına gəlib.

    Bu barədə respublikanın səhiyyə nazirinin birinci müavini Marat Şoranov hökumətin iclasında bildirib.

    “Yeni ştamm olan “Omikron”un yaranmasını nəzərə alaraq, idarələrarası komissiya dekabrın 3-dən məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edib”, - deyə o qeyd edib.

    Onun sözlərinə görə, bunlara Botsvana, Namibiya, Lesoto, Zimbabve, Mozambik, Madaqaskar, Tanzaniya və başqa dövlətlərdən olan əcnəbi vətəndaşların Qazaxıstana girişinə məhdudiyyətlər daxildir.

    O həmçinin vurğulayıb ki, “Omikron” ştammının müəyyən edildiyi dövlətlərdən gələnlər üçün PCR testinin təqdim edilməsi məcburidir. Bundan əlavə, bu ölkələrdən gələnlər özlərini təcrid etməli olacaqlar. Qazaxıstan hökuməti Misirlə də uçuşları dayandırmaq qərarına gəlib.

    Qeyd edək ki, Qazaxıstanda “Omikron” ştammı müəyyən edilməyib.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024