"Qarabağ"ın rəqibi bir neçə futbolçunu əsas komandadan kənarlaşdıracaq

    İDMAN

    22 Sentyabr 2022 | 10:15

    "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan "Olimpiakos"u bir neçə futbolçusunu əsas komandadan kənarlaşdıracaq.

    Pressa-nın məlumatına görə, bu barədə Pirey təmsilçisinin yeni baş məşqçisi Miçel Qonsales mətbuat konfransında bildirib.

    59 yaşlı mütəxəssis çox oyunçuya sahib olmağın komandaya mənfi təsir etdiyini söyləyib: "Bu qədər futbolçu baş məşqçi, komanda və oyunçular üçün problemdir. Klub prezidentindən xahiş etmişəm. Qapıçılar istisna 24-dən çox futbolçunun məşqlərdə olmasını istəmirəm".

    Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək. Yunanıstan çempionu qrup matçları üçün 31 oyunçu sifariş edib.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024