Psixiatr: Uşağın tez-tez mükafatlandırılmasının ərköyün olması ilə əlaqəsi yoxdur

    ÖLKƏ

    31 May 2023 | 15:48

    “Aqressiv tərkibli cizgi filmləri artıb. Uşaqlar buna baxanda neqativ təsiri qaçılmaz olur”.

    Pressa xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin psixiatrı Aydan Cabbarova bildirib.

      “Onlar dünyanı təzə kəşf edirlər və baxdıqları cizgi filmdə o aqressiyanı görəndə dünyanın da belə olduğunu düşünürlər. Bu uşaqlar hər zaman özlərini müharibəyə, döyüşə hazır hiss edəcək və ətrafında təhlükə sezəcək” – deyə o qeyd edib.

      Aydan Cabbarova uşaqların mükafatlandırılması məsələsinə də münasibət bildirib. O deyib ki, uşağın tez-tez mükafatlandırılmasının ərköyün olması ilə əlaqəsi yoxdur:

      “Uşaq niyə mükafatlandırıldığını bilsə, bu ona izah olunsa, daha yaxşı olar”.

      Uşaqların hansı yaşda məktəbə getməyinin daha məqsədəuyğun olduğuna gəldikdə isə psixiatr qeyd edib ki, standart 6-7 yaş kimi qəbul olunub, hansını seçmək isə uşağın məktəbə nə qədər hazır olmağından asılıdır.



      XƏBƏR LENTİ

      25 Aprel 2024
      24 Aprel 2024
      23 Aprel 2024
      22 Aprel 2024
      20 Aprel 2024