Psixiatr qaziləri dərman müalicəsindən çəkinməməyə çağırıb

    ÖLKƏ

    27 Iyul 2022 | 15:38

    “Qazilərdə posttravmatik stress pozuntusu sağalan diaqnozdur”.

    Pressa xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, psixiatr Aydan Cabbarova "Postmüharibə dövründə reabilitasiya" mövzusunda danışarkən deyib.O bildirib ki, bununla belə, sağalan sözünün yanında mütləq şəkildə "vaxtında başlayan müalicə" ifadəsi də vurğulanmalıdır:

    “Gecikdirilmiş müalicədən hansı nəticələrin alınacağı ilə bağlı heç bir həkim öncədən proqnoz verə bilməz. Çünki yanaşı travmalar, fərqli şəxsiyyət tipləri var. Müalicə gecikdirildikdə tamam başqa istiqamətdə problemlər ortaya çıxır. İlk növbədə həmin şəxslərə dərman müalicəsi lazımdır. Bir çoxları dərman müalicəsindən çəkinir. Qeyd edirlər ki, yuxu gətirir, asılılıq yaradır. Lakin bu, belə deyil. Vəziyyətə görə qiymətləndirmələr aparılır və yan təsirlərin olmamasına səy göstəririk. Qazilər hansı əlamətdən daha çox əziyyət çəkirsə, onu aradan qaldırmağa çalışırıq”.



    XƏBƏR LENTİ

    15 Avqust 2022
    14 Avqust 2022
    11 Avqust 2022
    10 Avqust 2022
    09 Avqust 2022
    08 Avqust 2022
    05 Avqust 2022
    04 Avqust 2022
    03 Avqust 2022
    02 Avqust 2022
    01 Avqust 2022
    30 Iyul 2022
    29 Iyul 2022
    28 Iyul 2022
    27 Iyul 2022
    26 Iyul 2022
    25 Iyul 2022
    23 Iyul 2022