Prezident: Azərbaycanın Vatikandakı səfirliyi əməkdaşlığın dinamizminə xidmət göstərəcək

    ÖLKƏ

    24 Noyabr 2022 | 16:36

    Azərbaycanın Vatikanda ayrıca səfirliyi fəaliyyətə başlayacaq.

    Pressa xəbər verir ki, bunu bu gün noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müqəddəs Taxt-Tacın ölkəmizdə yeni təyin olunmuş apostol nunsisi arxiyepiskop Marek Solçinskinin etimadnaməsini qəbul edərkən bildirib.

    Dövlət başçısı bunun əməkdaşlığın dinamizminə xidmət göstərəcəyinə əminliyini ifadə edib.

    Dövlət başçısı Azərbaycanın Vatikanın tarixi yerlərinin bərpasında iştirakından məmnunluq duyduğunu bildirib və bunu mədəniyyətlərarası dialoqa bir töhfə kimi qiymətləndirərək, Azərbaycan tərəfinin bu işi davam etdirməyə hazır olduğunu deyib. Prezident İlham Əliyev ölkəmizdə mütəmadi keçirilən mədəniyyətlərarası dialoq forumunun bu sahədə beynəlxalq əməkdaşlığın genişlənməsi işinə xidmət etdiyini bildirib.

     



    XƏBƏR LENTİ

    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024