Pambığın ixrac dəyəri 11%-dək artıb

    İQTİSADİYYAT

    23 Iyul 2022 | 12:02

    Bu ilin yanvar-iyun aylarında Azərbaycandan 164 589,80 min ABŞ dolları dəyərində pambıq ixrac olunub.

    Pressa Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 10,7% artıb.Cari ilin ilk altı ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 0,89%-ə bərabər olub.

    Hesabat dövründə ölkədən 138 680,96 min dollar dəyərində 59 211,70 ton pambıq lifi ixrac olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən müvafiq olaraq dəyər göstəricisi üzrə 12,8% çox, həcm göstəricisi üzrə isə 27,3% azdır.

    Cari ilin yanvar-iyun ayları ərzində ölkədən 24 859,54 min dollar dəyərində (artım 5,2%) 5 940,82 ton (azalma 29,4%) iplik pambıq ixrac olunub.

    Pambıq idxalının dəyəri 2 714,82 min dollar olub ki, bu da ötən ilin müvafiq göstəricisindən 4,5% çoxdur. Bu ilin ilk altı ayı üzrə pambığın ümumi idxalda xüsusi çəkisi 0,04% təşkil edib.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024