Pakistanda partlayış olub, ölən və yaralananlar var

    DÜNYA

    06 Fevral 2023 | 16:40

    Pakistanda partlayış baş verib, bir hərbçi həlak olub, əksəriyyəti mülki şəxslər olmaqla 11 nəfər yaralanıb.

    PressaAssociated Press“ə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.Ölkənin Bəlucistan əyalətinin Qvetta şəhərində yerləşən nəzarət-buraxılış məntəqəsi yaxınlığında bomba partladılıb.

    Bildirilib ki, Musa Xan keçid məntəqəsinə olunan hücum kamikadze tərəfindən həyata keçirilib.

    Baş vermiş hadisənin məsuliyyətini "Tehreek-e-Taliban Pakistan" qruplaşması öz üzərinə götürərək, hücumun kamikadze tərəfindən törədildiyini təsdiqləyib.

    Xatırladaq ki, adıçəkilən qruplaşma ötən ilin noyabrında Pakistan hökuməti ilə razılaşdırılmış atəşkəs rejimini ləğv etdiyini və yaraqlılarına ölkə daxilində hücumlar təşkil etməyi əmr etdiyini açıqlamışdı.



    XƏBƏR LENTİ

    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024