Ölənlərin sayı 93-ə çatdı

    DÜNYA

    23 Mart 2024 | 12:51

    “Crocus City Hall”dakı terror aktı nəticəsində ölənlərin sayı 93 nəfərə çatıb.

    Pressa xəbər verir ki, bu barədə TASS Agentliyi İstintaq Komitəsinə istinadən məlumat yayıb. Ölənlərin sayının daha da artacağı ehtimal olunur. 

    İlkin məlumatlara görə, ölümə səbəb güllə yaraları və yanan məhsullardan zəhərlənmə olub.

    Səhiyyə Departamenti isə Moskvada ticarət mərkəzindəki terror aktı nəticəsində xəstəxanaya yerləşdirilənlər arasında 4 uşağın olduğunu açıqlayıb. 

    İstintaq Komitəsinin məlumatına görə, terrorçular zalı yandırmaq üçün tezalışan mayedən istifadə ediblər. Həmçinin müstəntiqlər terrorçuların hücum zamanı istifadə etdikləri avtomat silahları da aşkar ediblər.

     



    XƏBƏR LENTİ

    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024