Norveçin nəhəng neft-qaz şirkətinin Azərbaycandakı aktivlərinin həcmi AÇIQLANIB

    ÖLKƏ

    29 Iyul 2021 | 11:00

    Norveçin nəhəng neft-qaz şirkəti olan “Equinor”un 2021-ci ilin birinci yarısı üzrə Azərbaycandakı uzunmüddətli aktivlərinin həcmi açıqlanıb.

    Pressa Oxu.Az-a istinadən məlumatına görə, müvafiq dövrdə şirkətin ölkəmizdəki uzunmüddətli aktivlərinin həcmi 1 674 000 000 dollar olub.

    Ötən ilin eyni dövrü ilə müqayisədə onların həcmi 1,3 faiz azalıb. Buna baxmayaraq şirkətin uzunmüddətli aktivlərinin həcmi 2021-ci ilin birinci rübü ilə müqayisədə 0,2 faiz artıb.

    İlin əvvəlinə şirkətin Azərbaycandakı bir ildən artıq müddətə dəyəri nağd pula çevrilə biləcək aktivlərinin həcmi 1 683 000 000 dollar olub. 

    Qeyd edək ki, şirkətin ümumi uzunmüddətli aktivlərinin həcmi 74 579 000 000 dollar olub. 2021-ci ilin birinci rübü ilə müqayisədə onların həcmi 1,2 faiz artıb. İllik müqayisədə isə bu aktivlərin həcmi 1,7 faiz azalıb. 2021-ci ilin əvvəlinə şirkətin bir ildən artıq müddətə nağd pula çevrilə biləcək ümumi aktivlərinin həcmi 76 082 000 000 dollar olub.



    XƏBƏR LENTİ

    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024