“Neftçi” pley-offda səpələnmişlər sırasında yer alacaq

    İDMAN

    29 Iyul 2022 | 10:56

    Konfrans Liqasının pley-off mərhələsinin püşkatması avqustun 2-də baş tutacaq.

    Apasport.az saytının məlumatına görə, tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.Turnirdə mübarizəni davam etdirən yeganə Azərbaycan klubu “Neftçi”nin də mümkün rəqibi bəlli olacaq. Bakı təmsilçisinin Avstriya “Rapid”i ilə III təsnifat mərhələsində təşkil etdiyi cütün qalibinin potensial rəqibi bilinəcək.

    “Ağ-qaralar” Vyana klubu ilə avqustun 4-də və 11-də üz-üzə gələcək. Avstriya təmsilçisinin reytinqi yüksək olduğu üçün “Neftçi” – “Rapid” cütü püşkatmada səpələnmiş olacaq. Bu isə Azərbaycan vitse-çempionuna münasib rəqib vəd edir.

    Əsas yolda hər səbətdə 17 iştirakçı olacaq. Hər iki səbətdə həm klublar, həm cütlər var.

    Əsas yol
    Səpələnmişlər

    “Vilyarreal” (İspaniya)
    “Brondbü” (Danimarka) - “Bazel” (İsveçrə) cütünün qalibi
    “Slaviya” (Çexiya) – “Panatinaikos” (Yunanıstan) cütünün qalibi
    “KuPS” (Finlandiya) - “Yanq Boyz” (İsveçrə) cütünün qalibi
    “Dandi Yunayted” (Şotlandiya) - “Alkmaar” (Niderland) cütünün qalibi
    “Breydablik” (İslandiya) - “Başakşəhər” (Türkiyə) cütünün qalibi
    “Makkabi” (Təl-Əviv, İsrail) – “Aris” (Yunanıstan) cütünün qalibi
    AEK (Yunanıstan) – “Partizan” (Serbiya) AL cütünün qalibi
    “Vest Hem” (İngiltərə)
    “Molde” (Norveç) – “Kişvarda” (Macarıstan) cütünün qalibi
    “Zarya” (Ukrayna) – “Universtatya” (Krayova, Rumıniya) cütünün qalibi
    APOEL (Kipr) – “Kızıljar” (Qazaxıstan) cütünün qalibi
    “Dunayska Ştreda” (Slovakiya) - “Styaua” (Rumıniya) cütünün qalibi
    “Neftçi” (Azərbaycan) - “Rapid” (Avstriya) cütünün qalibi
    “Fiorentina” (İtaliya)
    “Köln” (Almaniya)
    “Slovaçko” (Slovekiya) – “Fənərbaxça” (Türkiyə) AL cütünün qalibi

    Səpələnməmişlər
    “Lillestryom” (Norveç) - “Antverpen” (Belçika) cütünün qalibi
    “Luqano” (İsveçrə) - “Hapoel” (Beyer Şeva, İsrail) cütünün qalibi
    “Nitsa” (Fransa)
    “Payde” (Estoniya) - “Anderlext” (Belçika) cütünün qalibi
    “Fehervar” (Macarıstan) – “Petrokub” (Moldova) cütünün qalibi
    “Volfsberger” (Avstriya) – “Qzira Yunayted” (Malta) cütünün qalibi
    “Riqa” (Latviya) - “Jil Visente” (Portuqaliya) cütünün qalibi
    “Hayduk” (Xorvatiya) - “Gimarayeş” (Portuqaliya) cütünün qalibi
    “MOİK Sofiya” (Bolqarıstan) – “Sent Patriks” (İrlandiya) cütünün qalibi
    “Tvente” (Niderland) – “Çukariçki” (Serbiya) cütünün qalibi
    AİK (İsveç) - “Şkendiya” (Şimali Makedoniya) cütünün qalibi
    “Spartak” (Slovakiya) – “Rakov” (Polşa) cütünün qalibi
    “Vaduts” (Lixtenşteytn) – “Konyaspor” (Türkiyə) cütünün qalibi
    “Vikinq” (Norveç) – “Sliqo Rovers” (İrlandiya) cütünün qalibi
    “Viborq” (Danimarka) – B36 (Farer adaları) cütünün qalibi
    “Sepsi” (Rumıniya) - “Yurqorden” (İsveç) cütünün qalibi
    “Levski” (Bolqarıstan) – “Hamrun” (Malta) cütünün qalibi



    XƏBƏR LENTİ

    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024