Neçə məktəb distant təhsilə keçib? - SAYLARI SÜRƏTLƏ ARTIR

    ÖLKƏ

    22 Oktyabr 2021 | 15:33

    Ölkə üzrə tədrisə başlanılan tarixdən indiyədək 4432 ümumi təhsil müəssisəsindən 19 məktəb, 89 674 sinifdən 505 sinif distant formaya keçirilib. Bu siniflərdən 72-də əyani təhsil forması artıq bərpa edilib.

    Hazırda 433 sinif distant formada tədrisə davam edir.

    İndiyədək 1 595 108 şagirddən 3477-si, məktəblərdə çalışan 229 871 nəfər heyətdən 2494-ü COVID-19-a yoluxub. I-IV siniflər üzrə yoluxma sayı 637 nəfər, V-IX siniflər üzrə 1755 nəfər, X-XI siniflər üzrə yoluxma sayı isə 898 nəfər təşkil edib.

     

    Şagirdlər arasında yoluxma halları nəzərə alınaraq, valideynlərə müvafiq tibbi göstərişləri olan 12 yaşdan yuxarı yeniyetmələri vaksinasiyaya cəlb etmək tövsiyə olunur. Yeniyetmələrin vaksinasiyası hər iki valideynin razılığına əsasən Bakı Sağlamlıq Mərkəzində həyata keçirilir.

     

    Bundan başqa, Səhiyyə Nazirliyi hər 2 doza vaksin olunmuş müəllimləri ikinci dozadan 6 ay keçdikdən sonra üçüncü doza (“buster” doza) ilə peyvəndlənməni zəruri hesab edir.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024