Nazirlik: "Tənəffüs zamanı şagirdlərin bir yerə toplanmasına icazə verilməyəcək"

    TƏHSİL

    16 Sentyabr 2021 | 13:46

    "Məktəblərdə tənəffüs zamanı şagirdlərin bir yerə toplanmasına icazə verilməyəcək".

    Pressa xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin əməkdaşı Elçin Kərimov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə deyib.

    O bildirib ki, bununla bağlı yeni təlimatlar hazırlanır və yaxın günlərdə ictimaiyyətə təqdim olunması planlaşdırılır: "Şagird sıxlığı müşahidə olunan məktəblərdə mövcud problemlərin aradan qaldırılması ilə bağlı təhlillər aparılır. Nəzərdə tutulur ki, şagird sayı çox olan siniflər daha böyük ölçülü siniflərə keçirilsin. Bir partada bir yox, iki uşağın oturması məsələsi var".



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024