Nazir: Azərbaycan sülh müqaviləsi üzrə üçüncü rəylər paketini Ermənistana təqdim edib

    ÖLKƏ

    05 Dekabr 2022 | 15:51

    Azərbaycan tərəfi sülh müqaviləsi üzrə üçüncü rəylər paketini Ermənistan tərəfinə təqdim edib.

    Pressa xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşünün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

    Nazir qeyd edib ki, bu ilin sonuna kimi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların üçüncü mərhələsinin keçirilməsi mümkündür.

    XİN rəhbəri onu da qeyd edib ki, BMT Nizamnaməsi və Alma-Ata Bəyannaməsi irəli getmək üçün yaxşı əsasdır.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024