NATO-nun Latviyadakı təlimi yekunlaşıb

    DÜNYA

    30 Sentyabr 2022 | 14:15

    NATO-nun Latviyadakı hərbi təlimləri başa çatıb.

    Pressa NATO-nun saytına istiandən xəbər verir ki, sentyabrın 19-dan başlayan və Alyansın 17 ölkəsindən 4200 hərbçinin qatıldığı "Gümüş Ox" (Silver Arrow) təlimi yekunlaşıb.

    "Gümüş Ox" hər il müntəzəm olaraq keçirilən hərbi təlimdir. Bu il baş tutan təlimdə NATO-nun Latviyadakı çoxmillətli döyüş qrupu Latviyanın Mexanikləşdirilmiş Piyada Briqadasının tərkibində təlimdə iştirak edib. Təlimdə Alyansın müdafiəsində sürətlə yerləşmə qabiliyyətini nümayiş etdirmək üçün ABŞ-ın raket sistemlərindən (HIMARS) M142 də istifadə olunub.

    Canlı atəş təlimi zamanı onlardan Latviyanın Baltik dənizi sularındakı hədəflərinə qarşı istifadə edilib.

    Təlimdə Albaniya, Kanada, Çexiya, Danimarka, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Monteneqro, Şimali Makedoniya, Polşa, Slovakiya, Sloveniya, İspaniya, Böyük Britaniya və ABŞ iştirak edib.

     

     



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024