Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin rənglərinə dair tələb müəyyənləşib

    İQTİSADİYYAT

    28 Mart 2024 | 16:23

    Müntəzəm şəhərlərarası (rayonlararası) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin rəngi ağ, şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri qırmızı, müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan elektrik mühərrikli avtonəqliyyat vasitələri isə yaşıl rəngdə olmalıdır.

    Pressa xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də əksini tapıb.

      Qərara əsasən, müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib.

      Müntəzəm şəhərdaxili (rayondaxili) və şəhərlərarası (rayonlararası) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin bu Tələblərin 1 nömrəli əlavəsində göstərilən nümunəyə uyğun loqosu, qısaldılmış adı (AYNA) və çağrı mərkəzinin nömrəsi olmalıdır. Agentliyin loqosu, qısaldılmış adı və çağrı mərkəzinin nömrəsi hər bir avtobusun banında aşağıdakı qaydada yerləşdirilməlidir:

      - banın ön hissəsinin üzərində sağ tərəfdə və banın arxa hissəsinin üzərində sağ tərəfdə;

      - banın sağ tərəfində ön hissədə, banın sol tərəfində sürücü pəncərəsinin altında.

      Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin üzərində reklam “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə yerləşdirilməli və bu Tələblərə uyğun yerləşdirilən zəruri məlumatları fərqləndirməyi çətinləşdirməməlidir.

      Müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri marşrut lövhəsi ilə təchiz olunmalıdır. Marşrut lövhəsində marşrutun nömrəsi (beynəlxalq müntəzəm sərnişin daşımaları istisna olmaqla), habelə Azərbaycan dilində başlanğıc, son və əsas aralıq dayanacaq məntəqələrinin adları göstərilməlidir. Marşrut lövhəsi avtobusun ön, arxa və yan tərəflərində yerləşdirilməlidir.

      Beynəlxalq müntəzəm sərnişin daşımaları istisna olmaqla, gediş haqqı nağdsız ödəniş aləti vasitəsilə həyata keçirilən hallarda müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin banının sağ tərəfində giriş qapısına yaxın hissədə gediş haqqının nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirildiyi barədə məlumat yerləşdirilməlidir.

      Müntəzəm şəhərlərarası (rayonlararası) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin rəngi ağ, şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri qırmızı, müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında istifadə olunan elektrik mühərrikli avtonəqliyyat vasitələri isə yaşıl rəngdə olmalıdır.



      XƏBƏR LENTİ

      24 Aprel 2024
      23 Aprel 2024
      22 Aprel 2024
      20 Aprel 2024
      19 Aprel 2024
      18 Aprel 2024