Məşhəd və Təbrizdə “Bəsic” üzvləri öldürülüb, aksiyaların keçirildiyi şəhər sayı 83-ə çatıb

    DÜNYA

    22 Sentyabr 2022 | 14:04

    İranda Məhsa Əminin “Əxlaqi Təhlükəsizlik Polisi”nin nəzarətində ölməsi ilə bağlı etiraz aksiyalarının keçirildiyi şəhərlərin sayı ən azı 83-ə çatıb.

    Pressa xəbər verir ki, bu statistika sırf son bir neçə gün ərzində mediada və sosial şəbəkələrdə dərc olunan videogörüntü və xəbərlərə əsaslanır.İranda dünən gecədən başlayaraq internetə, xüsusən də “Instagram” və “WhatsApp”a giriş məhdudlaşdırılıb.

    Məşhəd və Təbrizdə “Bəsic” qüvvələrinin iki üzvü bıçaqlanaraq öldürülüb. Eyni zamanda, etirazçılar Təbrizdə məscid və polis bölməsini yandırıb.

    Bundan başqa, ötən gecə Qum şəhərində təhlükəsizlik qüvvələri və xüsusi təyinatlıların sayı artırılıb. Etirazçıların çəkiliş aparmasına maneə yaradılıb.

    Kirmanşah şəhərində isə etirazlarda 2 nəfər ölüb, 25 nəfər yaralanıb.



    XƏBƏR LENTİ

    25 Sentyabr 2023
    23 Sentyabr 2023
    22 Sentyabr 2023
    21 Sentyabr 2023
    20 Sentyabr 2023
    19 Sentyabr 2023