“Liverpul”un müdafiəçisi: “Bakıda xoş atmosfer olacaq”

    ÖLKƏ

    15 Iyun 2021 | 12:16

    “Bakıdakı oyunda 500 və ya 1000 azarkeşimiz olsa belə, onlar 30 min fanat kimi dəstək verirlər. Elə İsveçrə ilə görüşdən əvvəl himnimizi necə oxumaları bizə əlavə güc verdi”.

    Apasport.az saytının məlumatına görə, bunu Uels millisinin müdafiəçisi Neko Uilyams AVRO-2020-dəki ilk oyunlarındakı azarkeş dəstəyi barədə danışarkən deyib.

    Bakı Olimpiya Stadionunda İsveçrə ilə bərabərə qalan (1:1) britaniyalılar sabah eyni arenada Türkiyə yığması ilə qarşılaşacaq. “Liverpul”un 20 yaşlı sağ cinah oyunçusu Bakı amilinin türkiyəlilərin xeyrinə olduğunu etiraf edib.

    Ancaq Uilyams yenə də qələbə qazanmağa çalışacaqlarını bildirib: “Azərbaycanlıların oyunda Türkiyəyə dəstək olacağından xəbərimiz var. Azarkeşlərin tribunalara dönməsi hər bir futbolçuya əlavə motivasiya verir. Bunu bizi motivasiya edəcək bir səfər oyunu kimi düşünürük. Belə olacaqsa, azarkeşlərin gözü qarşısında qələbə qazanmağa çalışacağıq. Bakıdakı stadionda xoş atmosfer və yüksək temp olacaq. Bir kollektiv kimi mübarizə aparsaq, qələbə qazanmaq üçün böyük şansımız yaranacaq”.

    Qeyd edək ki, sabah keçiriləcək Türkiyə - Uels oyunu saat 20:00-da başlayacaq.



    XƏBƏR LENTİ

    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024