“Liverpul” hücumçusunu 7,5 milyona satıb

    İDMAN

    21 Iyul 2021 | 12:45

    İngiltərənin “Liverpul” klubu daha bir futbolçusu satıb.

    Pressa.az saytının məlumatına görə, bunu Premyer Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.

    Mersisaydlıların hücumçusu Tayvo Avoniyi karyerasını Almaniyada davam etdirəcək. O, “Union” klubuna keçib.

    Berlin təmsilçisi 23 yaşlı nigeriyalı üçün 7,5 milyon avro ödəyib. Avoniyi ötən mövsümü icarə əsasında bu klubda keçirib.

    Qeyd edək ki, futbolçu əvvəllər “Mayns”, “Neymegen”, “Muskron” və “Gent”də də icarədə olub.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024