Kreml qismən səfərbərliyin elan olunmasının səbəbini açıqlayıb

    DÜNYA

    21 Sentyabr 2022 | 14:20

    Qismən səfərbərlik elan etmək qərarı Ukraynada Rusiyanın bütün NATO-nun və bir sıra digər qeyri-dost ölkələrin hərbi potensialı ilə üz-üzə qalması ilə əlaqədar qəbul edilib.

    Pressa-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

    "Prezident Putin çıxışında xüsusi hərbi əməliyyat zamanı şərtlərin necə dəyişdiyindən danışıb. Məhz prezident deyib ki, əslində biz hazırda NATO-nun və bizə dost olmayan bir sıra digər ölkələrin hərbi potensialı ilə üz-üzəyik", - deyə Kremlin sözçüsü vurğulayıb.

     

     



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024