İlahiyyatçı Sərdar Babayev dövlətə xəyanət ittihamı ilə həbs edildi

    ÖLKƏ

    21 Oktyabr 2021 | 18:16

    İlahiyyatçı, Maide.az saytının rəhbəri Sərdar Babayev həbs edilib.

    Pressa-nın xəbərinə görə,  bu barədə vəkil Cavad Cavadov məlumat verib.

    O bildirib ki, S.Babayev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilib və məhkəmənin qərarı ilə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli kimi tanınan Sərdar Babayev 2017-ci ildə dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozmaqda ittiham edilərək 3 il müddətinə azadlıqdan məhrum edilib. 2020-ci il fevralında isə azadlığa buraxılıb.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024