Gürcüstanda koronavirusun dördüncü dalğası pik həddə çatıb

    DÜNYA

    04 Avqust 2021 | 17:12

    Gürcüstanda yeni növ koronavirusun (COVID-19) dördüncü dalğası pik həddə çatıb.

    Pressa-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabunia jurnalistlərə açıqlamasında bildirib.

    Onun sözlərinə görə, son iki gün ərzində sutkalıq yoluxmanın 4 mindən çox olması koronavirusun dördüncü dalğasının pik həddi olduğunu göstərir. Nazir müavini qeyd edib ki, epidemioloji vəziyyətin kəskinləşməsi ilə əlaqədar xəstəxanalarda çarpayı sayının artırılması istiqamətində intensiv iş davam etdirilir.

    T. Qabunia xəstəliyin yayılmasının qarşısının alınması üçün insanları tibbi maskadan daha çox istifadəyə çağırıb.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024