Gəray Gəraybəyli: Tibb Universitetinin məzunları Vətən müharibəsində böyük fədakarlıq və peşəkarlıq nümayiş etdiriblər

    ÖLKƏ

    19 Iyul 2021 | 11:22

    Bakıya səfərə gəlmiş Türkiyə Milliyyətçi Həkimlər Dərnəyinin üzvləri Azərbaycan Tibb Universitetində (ATU) olublar.

    Universitetin mətbuat xidmətindən Pressa-ya bildiriblər ki, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən görüşdə Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli çıxış edərək ali təhsil müəssisəsinin fəaliyyəti, təhsilin keyfiyyətinin daha da yüksəldilməsi üçün görülən işlərdən danışıb.

    ATU-nun hərbi tibb fakültəsi barədə də qonaqlara məlumat verən rektor Vətən müharibəsində məhz bu fakültənin məzunlarının böyük fədakarlıq və peşəkarlıq nümayiş etdirdiklərini, onlardan bəzilərinin döyüşlərdə şəhidlik zirvəsinə ucaldıqlarını bildirib.

    G.Gəraybəyli həmin qəhrəman tibb işçilərinin xatirəsinin daim hörmətlə anılacağını qeyd edib.

    Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli türkiyəli qonaqların səfəri haqqında məlumat verib. Türkiyə Milliyyətçi Həkimlər Dərnəyinin sədri Semih Uşaklıoğlu Azərbaycanın apardığı haqq savaşı dövründə türkiyəli həkimlərin də səfərbər olduğunu, Azərbaycana yardım üçün müraciət etdiklərini xatırladıb. S.Uşaklıoğlu dərnəyin üzvləri olan həkimlərin Azərbaycanı haqlı mübarizəsində daim dəstəklədiklərini vurğulayıb.



    XƏBƏR LENTİ

    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024