Gəncə Futbol Akademiyasının hazır olacağı vaxt müəyyənləşib

    ÖLKƏ

    03 Dekabr 2021 | 14:28

    Gəncə Futbol Akademiyasının hazır olacağı tarix müəyyənləşib.

    Pressa-nın məlumatına görə, bu barədə "Kəpəz"in icraçı direktoru İlqar Nadiri klubun rəsmi saytına açıqlama verib.

    Onun sözlərinə görə, akademiya 1 il müddətində tikilərək istifadəyə veriləcək. Nadiri onu da qeyd edib ki, akademiya binası ilə paralel olaraq stadionun ərazisində təbii ot örtüyünə malik iki böyük və bir kiçik ölçülü süni meydanın salınması planlaşdırılır.

    Bunlardan əlavə, AFFA Gəncədə digər meydanın inşası işlərinə də başlayıb. Konstantin Abramenkonun uzun illər məşq keçdiyi “Lokomotiv” stadionunda meydanın yenidən qurulması üçün ərazidə söküntü işlərinə start verilib.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024