Fransa – Azərbaycan oyununun vaxtı bəlli olub

    İDMAN

    07 Fevral 2023 | 12:38

    19 yaşadək futzalçılar arasında təşkil olunacaq AVRO-2023-ün əsas mərhələsində mübarizə aparacaq Azərbaycan millisinin yer aldığı 5-ci qrupun təqvimi açıqlanıb.

    Federasiyadan  verilən məlumata görə, yığma martın 22-də Fransadan olan həmyaşıdları ilə üz-üzə gələcək.

    Ertəsi gün rəqib Bosniya və Herseqovina seçməsi olacaq. Ağatahir Əzimovun başçılıq etdiyi U-19 bu mərhələdə son görüşünü Yunanıstan yığmasına qarşı keçirəcək.

    Qeyd edək ki, 5-ci qrupun oyunları Bosniya və Herseqovinada gerçəkləşəcək.

    22 mart.

    20:00. Fransa – Azərbaycan

    Şiroki Briyeq şəhəri, Pecara İdman zalı.

    23 mart

    23:00. Bosniya və Herseqovina – Azərbaycan

    Şiroki Briyeq şəhəri, Pecara İdman zalı.

    25 mart.

    20:00. Azərbaycan – Yunanıstan

    Şiroki Briyeq şəhəri, Pecara İdman zalı



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024