Fikrət Əmirovun və Hacı Zeynalabdin Tağıyevin yubileyləri UNESCO-da qeyd ediləcək

    MƏDƏNİYYƏT

    25 Noyabr 2021 | 14:35

    Fikrət Əmirov və Hacı Zeynalabdin Tağıyevin yubileyləri UNESCO-nun yubileylər proqramına daxil edilib.

    Mədəniyyət Nazirliyindən verilən məlumata görə, UNESCO-nun 41-ci Baş konfransı çərçivəsində Azərbaycanın iki tarixi şəxsiyyəti – mesenat H. Z. Tağıyevin anadan olmasın 200 illiyi və bəstəkar Fikrət Əmirovun 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına salınıb və bu yubileylərin UNESCO səviyyəsində beynəlxalq miqyasda qeyd edilməsi təsdiq edilib.

    “Azərbaycanın dahi şəxsiyyətləri və ölkəmizin tarixi-mədəni irsi il bağlı əlamətdar hadisələrin UNESCO səviyyəsində qeyd edilməsi ənənəsi uzun illərdir davam edir və bununla bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən xüsusi nominasiya sənədləri hazırlanır. Bu il də Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, UNESCO yanında Daimi Nümayəndəlik və UNESCO üzrə Milli Komissiyanın birgə fəaliyyəti nəticəsində yubileylərlə bağlı müvafiq nominasiya sənədləri UNESCO-ya təqdim olunub”, - məlumatda bildirilib.

     



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024