FHN çimərliklərdə təhlükəsizliklə bağlı əhaliyə müraciət edib

    ÖLKƏ

    20 Iyun 2022 | 12:08

    Fövqəladə Hallar Nazirliyi çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

    Bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.Qeyd olunub ki, çimərlikdə xoş zaman keçirmək üçün bir sıra təhlükəsizlik qaydalarına əməl edilməsi vacibdir.

    Belə ki, çimərliklərdə nəzərdə tutulmamış ərazilərdə çimmək; çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək; küləkli havada dənizə girmək; çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq; suda kobud hərəkətlər etmək; çimərlikdə balıq tutmaq; xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır.

    Vurğulanıb ki, çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir.

    “Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir”, - məlumatda deyilir.



    XƏBƏR LENTİ

    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024