Ətraf Mühit günü ilə əlaqədar Altıağac Milli Parkında tədbir keçirilir

    ÖLKƏ

    05 Iyun 2021 | 11:41

    5 İyun - Beynəlxalq Ətraf Mühit günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Altıağac Milli Parkında tədbir keçirilir.

    Pressa-nın məlumatına görə, tədbirdə Nazirliyin əməkdaşları, rəsmi qonaqlar və media nümayəndələri iştirak edir.

    Qeyd edək ki, dünya əhalisinin diqqətini ətraf mühitin mühafizəsinə yönəltmək, ekoloji şüurun yüksəldilməsi məqsədilə 1972-ci ildən başlayaraq hər il bu “Beynəlxalq Ətraf Mühit Günü” kimi qeyd olunur.

    Azərbaycanda da Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il 5 İyun - “Ümumdünya ətraf mühit günü” ərəfəsində ətraf mühitin qorunması, təbiətin mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir.



    XƏBƏR LENTİ

    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024