Əlilliyin hansı hallarda müddətsiz müəyyən ediləcəyi məlum olub

    SON XƏBƏRLƏR

    19 May 2022 | 16:10

    Əlilliyin hansı hallarda müddətsiz müəyyən ediləcəyi məlum olub.

    Pressa xəbər verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən ediləcək.

    Qərara əsasən, “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunlarla müəyyən edilmiş yaşa görə əmək pensiyası (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası istisna olmaqla) və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddətsiz müəyyən edilir.

    Qərar 2022-ci il iyulun 1-dən qüvvəyə minir.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024