Elektron Təhlükəsizlik Xidməti məktəblərdə təlimlər təşkil edib

    ÖLKƏ

    02 Dekabr 2022 | 10:40

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti “Uşaq hüquqları aylığı” çərçivəsində məktəblilər üçün “Onlayn təhdidlər və kibergigiyena qaydaları” mövzusunda təlimlər keçirib. Həmin təlimlər “Azərbaycan Respublikasının Uşaqlara dair Strategiyasının həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.4.16-cı bəndində əks olunmuş tədbirlərin icrası məqsədilə təşkil edilib.

    Pressa xəbər verir ki, treninqlər Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Binəqədi rayonu 284 nömrəli, Yasamal rayonu 21 nömrəli, Saray qəsəbəsi 3 nömrəli və Xırdalan şəhəri 21 nömrəli orta məktəblərdə keçirilib. Təlimlərə ümumilikdə 4 məktəbdən 8-11-ci siniflərdə təhsil alan 100-dən çox məktəbli cəlb edilib.Elektron Təhlükəsizlik Xidmətinin əməkdaşı Aysel Hadiyeva məktəblilərə mövcud kibertəhdidlər və internetdən təhlükəsiz istifadəni təmin edən kibergigiyena qaydaları barədə məlumat verib və onları maraqlandıran sualları cavablandırıb.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024