Ekspert: Azərbaycanda atalıq məzuniyyətinin ödənişi ilə bağlı optimal metod seçilməlidir

    İQTİSADİYYAT

    15 Avqust 2022 | 10:01

    Xəbər verdiyimiz kimi, Əmək qanunvericiliyinin təkmilləşdirilməsi tədbirləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair yeni qanun layihəsi hazırlanıb. Layihədə bir çox təkliflər, eləcə də əmək məzuniyyətləri ilə bağlı bir sıra yeni təkliflər əksini tapır. Bu təkliflərdən biri də Əmək Məcəlləsinin 125-ci maddəsinə dəyişiklik edilməsini, yəni, hamiləliyə və doğuşa görə arvadı məzuniyyətdə olan kişilərə doğuş gününə təsadüf edən ərəfədə səhiyyə müəssisəsinin arayışı əsasında 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsini nəzərdə tutur. Məcəlləyə dəyişiklik edilməsi ilə bağlı yeni qanun layihəsi hazırda aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir. Bu mərhələdən sonra layihə aidiyyəti üzrə təqdim ediləcək.

    Mövzuyla bağlı Pressa-ya açıqlama verən iqtisadçı-ekspert Rəşad Hüseyn bildirib ki, işçilərin sosial-iqtisadi vəziyyətinin yüksəldilməsi istiqamətində atalıq məzuniyyətinin verilməsi müsbət hal olardı. Lakin bunun müsbət tərəfi ilə yanaşı, mənfi cəhətləri də var.

    O bildirib ki, 2022-ci ilin əvvəlində gözlənilirdi ki, işçilərə 14 günlük ödənişli atalıq məzuniyyəti verilsin. Məlum olduğu kimi, 13 may 2022-ci ildə Əmək məcəlləsinə dəyişiklikdə bu qayda nəzərdə tutulmadı. Görünən tərəf odur ki, burda kiçik sahibkarlıqla məşğul olan biznes subyektlərinin də vəziyyəti nəzərə alındı.

    Ekspertin sözlərinə görə, atalıq məzuniyyəti məsələsinin əmək məcəlləsində əks etdirilməsi və bu qanunun tətbiqi nəticəsində müəyyən dərəcədə kütləvilik yarana bilər ki, bu faktor əmək bazarında müəyyən dalğalanmalarla nəticələnə bilər. Bu da işçi və işəgötürən tərəfindən bir sıra narazılıqların yaranmasına səbəb ola bilər. Fikrimcə, bu amilə görə, əmək məcəlləsinə daxil edilməyib.

    "Dünyanın bir çox ölkələrində, xüsusilə Avropa ölkələrinin əksəriyyətində, o cümlədən bəzi Afrika ölkələrində, Cənub şərqi Asiya öklərinin bəzilərində atalıq məzuniyyəti müxtəlif formalarda ödənilir. Ödəniş mənbələri və qaydaları da müxtəlifdir. Bir sıra ölkələrdə ödəniş tam dövlət hesabına, bəzilərində bir hissəsi dövlət, bir hissəsi isə sahibkar hesabına ödənilir" - o bildirib.

    Müsahib vurğulayıb ki, beynəlxalq təcrübədən istifadə etməklə, növbəti dövrlərdə Azərbaycanda da optimal bir metoq seçilərək atalıq məzuniyyətinin ödənilməsi qaydasına əmək məcəlləsinə daxil etmək olar.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024