Dünyada neftin kommersiya ehtiyyatlarının azalması davam edir

    İQTİSADİYYAT

    12 May 2022 | 13:53

    Dünyada neftin kommersiya ehtiyyatları bu ilin mart ayında fevral ilə müqayisədə 45 mln. barel azalıb.

    Pressa Beynəlxalq Enerji Agentliyinin (İEA) aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2020-ci ilin iyun ayından dünyada neftin kommersiya ehtiyyatları 1,2 mlrd. barel azalıb.Hesabata əsasən, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neftin kommersiya ehtiyatları martda fevral ayı ilə müqayisədə 3 mln. barel artaraq 2 626 mln. barelədək yüksəlib, lakin, bu, beşillik orta göstəricidən 299 barel azdır.

    Qeyd edək ki, qlobal neft və neft məhsullarının kommersiya ehtiyatlarının orta beşillik səviyyəyə çatdırılması əvvəlcədən "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasının məqsədi kimi müəyyən edilib.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024