DİN Sumqayıtdakı qətllə bağlı məlumat yayıb

    HADİSƏ

    09 May 2022 | 12:38

    Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda törədilən qətllə bağlı məlumat yayıb.

    DİN-in mətbuat xidmətindən Pressa-ya verilən xəbərə görə, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə mayın 8-də Qurd dərəsi bağlar sahəsindəki evlərin birində 41 yaşlı İlahə İsgəndərovanın öldürülməsi, anası İ. Nağıyevaya isə bıçaq xəsarətləri yetirilməsi barədə məlumat daxil olub.

    Şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla həmin gün saat 15 radələrində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tofiq Həsənovun münaqişə zəminində bıçaqla həyat yoldaşını öldürməsi, qayınanasına isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

    T. Həsənov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.



    XƏBƏR LENTİ

    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024