Deputat Jalə Əhmədova: “Azərbaycan-Litva biznes forumu mühüm əhəmiyyətə malikdir”

    SİYASƏT

    23 May 2022 | 15:35

    "Mayın 18-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti GitanasNausedanın iştirakı ilə keçirilmiş Azərbaycan-Litva biznes forumu bir sıra mühüm məqamlarla yadda qaldı. Nəzərə alsaq ki, ölkələrimiz arasındakı güclü siyasi münasibətləri var və biz artıq uzun illərdir ki, strateji tərəfdaşıq,bu baxımdan Litva Prezidentinin səfəri iki ölkə arasında fəal siyasi dialoqun olduğunu bir daha nümayiş etdirdi".

    Bu fikirləri Pressa-ya açıqamasında Milli Məclisin deputatı Jalə Əhmədova deyib:

    "İqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə fəal işgüzar əlaqələr qurmaq üçün biznes forumlaryaxşı fürsətdir. Bundan başqa birgə hökumətlərarası komissiya bizim işgüzar dairələrin səylərini əlaqələndirəcək, eyni zamanda hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaradacaq. Gündəlikdə olan məsələlər arasında ticarət, investisiya, kənd təsərrüfatı, informasiya texnologiyalarının inkişaf etdirilməsi, nəqliyyat, enerji və təhsil sahələri mühüm yer tutur. Qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda investorlar üçün əlverişli biznes mühiti mövcuddur, ölkəmizə on milyardlarla birbaşa xarici sərmayələr qoyulur. Bu baxımdan xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsi çox vacibdir. Çünki investisiya proqramları ilkin dövrdə əsasən neft-qaz sektoruna aid idisə, hal-hazırda investisiyalar bərpa olunan enerji sahəsini də əhatə edir ki, bu da müasir dövrün çağırışlarını özündə əks etdirir. Buna görə də Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi prioritet məsələdir" - deputat qeyd edib.

    Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatında enerji sektoru ənənəvi olaraq aparıcı yerdə olub və bu davam edəcək. Azərbaycan qazını ilk dəfə 2021-ci ilin yanvarından başlayaraq Avropa İttifaqı da daxil olmaqla müxtəlif məntəqələrə nəql edən Cənub Qaz Dəhlizinin tikintisi 3500 kilometr uzunluğunda birləşdirilmiş çoxsaylı boru kəməri sistemi artıq yekunlaşıb. Ölkənin inkişaf dinamikasının əsas göstəricilərinə nəzər salanda görə bilərik ki, cari ilin dörd ayı ərzində Azərbaycan iqtisadiyyatı 7,2 faiz artıb. Qeyri-neft sektoru ilə bağlı vəziyyət isə daha sevindiricidir. Belə ki, burada artım 11,4 faizdir. İxrac 85 faiz, qeyri-neft ixracı isə 40 faizə yaxın artıb. 

    J.Əhmədova vurğulayıb ki, ölkələr arasında iqtisadi və digər əlaqələrin inkişafı üçün onlar arasında dayanıqlı nəqliyyat yollarının olması çox önəmlidir. Bu baxımdan da ölkəmizdə lazımi şərait var. Azərbaycan nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zəncirinin tərkib hissəsi kimi coğrafi yerləşmənin üstünlüklərindən faydalanaraq müasir infrastruktur – dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanı, avtomobil yolları yaradıb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşir və açıq dənizə çıxışı olmasa da ölkəmiz önəmli nəqliyyat mərkəzinə çevrilib. Sevindirici haldır ki, hazırda Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir. Eyni zamanda ölkəmiz Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Ölkəmiz həm də neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir və bu gün Azərbaycanın enerji resurslarına ehtiyac heç vaxt olmadığı qədər böyükdür. Müasir dövrdə Avropa istehlakçılarına əlavə enerji resursları mənbələrinin lazım olduğunu nəzərə alaraq qeyd etmək lazımdır ki, bu baxımdan Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir. Bu gün Avropa istehlakçıları üçün bərpa olunan enerji mənbələri hesabına istehsal edilmiş enerji daha çox cəlbedicidir. Bunun üçün isə Azərbaycanda geniş imkanlar mövcuddur.


     



    XƏBƏR LENTİ

    15 Avqust 2022
    14 Avqust 2022
    11 Avqust 2022
    10 Avqust 2022
    09 Avqust 2022
    08 Avqust 2022
    05 Avqust 2022
    04 Avqust 2022
    03 Avqust 2022
    02 Avqust 2022
    01 Avqust 2022
    30 Iyul 2022
    29 Iyul 2022
    28 Iyul 2022
    27 Iyul 2022
    26 Iyul 2022
    25 Iyul 2022
    23 Iyul 2022