Deputat avtomobillərin utilizasiyası ilə bağlı vətəndaşlardan heç bir vəsaitin alınmamasını təklif edib

    İQTİSADİYYAT

    01 Iyun 2023 | 13:22

    “Dünya elektron avtomobilə keçir. Azərbaycanda söhbət avtomobil yığmaqdan gedirsə, ən asan yığılan elektron avtomobillərdir".

    Pressa xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deyib.

      "Dünyanın hansı ölkəsinin adını çəkmək olar ki, o ölkəyə gətirilən avtomobildən alınan rüsumlar və s. üst-üstə yığılanda onun gömrük gəlirinin üçdə iki hissəsinə, bəzən hardasa 80-90 faizinə bərabər olsun. Həddən artıq insafsız göstəricilərdən alınan vəsaitin bir hissəsinin Utilizasiya Fonduna keçirilməsini, ümumiyyətlə, vətəndaşlardan bu sahədə heç bir vəsaitin alınmaması variantını təklif edirəm. O qədər ağır rüsumlardan sonra vətəndaş əlavə nə isə ödəyəcəksə, bu qiymətlərin artmasına təsir göstərəcək. Çörəyin, avtomobilin qiyməti qalxan kimi, bu, psixoloji cəhətdən başqa məhsulların qiymətinin qalxmasına təsir göstərir", - deputat qeyd edib.



      XƏBƏR LENTİ

      26 Aprel 2024
      25 Aprel 2024
      24 Aprel 2024
      23 Aprel 2024
      22 Aprel 2024
      20 Aprel 2024