Ceyhun Bayramov ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb

    SİYASƏT

    03 Dekabr 2021 | 17:19

    Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası çərçivəsində ATƏT-in media azadlığı üzrə nümayəndəsi Teresa Ribeiro ilə görüşüb.

    Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazir Ceyhun Bayramov, xanım Teresa Ribeiroya Azərbaycanda media azadlığı istiqamətində görülən işlər barəsində geniş məlumat verib.

    Görüş zamanı, ATƏT-ə bütün üzv dövlətlər tərəfindən ATƏT Nizamnaməsi çərçivəsində öz öhdəliklərinin icrasının zəruriliyi barədə fikir mübadiləsi aparılıb.

    Qarşı tərəfə bölgədəki cari təhlükəsizlik vəziyyəti haqqında məlumat verən nazir Ceyhun Bayramov, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün atılmalı addımlar, ilk növbədə isə imzalanmış üçtərəfli bəyanatların tam icrası ilə bağlı məsələləri həmsöhbətinin diqqətinə çatdırıb.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024