Çavuşoğlu türkmənistanlı həmkarı ilə İƏT-in Zirvə görüşünə hazırlığı müzakirə edib

    ÖLKƏ

    23 Noyabr 2021 | 15:36

    Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və onun türkmənistanlı həmkarı Rəşid Mərədov arasında telefon danışığı olub.

    Pressa-nın Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı tərəflər İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Türkmənistanda keçiriləcək Zirvə görüşünə hazırlıqları müzakirə ediblər.

    Qeyd edək ki, 1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən İnkişaf üçün Regional Əməkdaşlıq (İRƏ) adı ilə üç ölkə arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılmış təşkilat 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) adlandırılıb. 1992-ci ildə daha 7 dövlət təşkilatın üzvü olub. Üzv dövlətlər - Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistandır.



    XƏBƏR LENTİ

    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024