• Bakı 29° C

    1.86 m/s

  • USD - -

    RUB - -

    EUR - -

Bu gün şəhid Rəşad Rəhimovun ad günüdür

ÖLKƏ

16 Iyul 2021 | 16:39

Bu gün 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin əməkdaşı Rəşad İlqar oğlu Rəhimovun ad günüdür.

Pressa.az xəbər verir ki, bu münasibətlə şəhidin ailə üzvləri, dostları və iş yoldaşları məzarını ziyarət edib. Şəhidin ruhuna dualar oxunub, əziz xatirəsi ehtiramla yad edilib.

Bildirilib ki, R.Rəhimovun vətənə böyük sevgisi olub. Torpaqlarımızı azad görmək arzusu ilə yaşayıb. Vətən müharibəsi başlayan ilk gündən könüllü olaraq döyüşlərdə iştirak edib. Müharibənin ilk günündən düşmənin müdafiə xəttinin yarılmasında qəhrəmanlıqla döyüşüb.

R.Rəhimov 16 iyul 1985-ci ildə Tərtər şəhərində anadan olub. 2006-cı ildə Ali məktəbi bitirdikdən sonra könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinə daxil olub və kursu uğurla başa vuraraq leytenant rütbəsi alıb. Zabit və tağım komandiri kimi xidmət göstərib. 2008-ci ildə ehtiyata buraxılıb. 2010-2011-ci illərdə Hərbiləşdirilmiş Mühafizə İdarəsində, 2011-ci ildən isə “Azərpoçt”da fəaliyyət göstərib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları icra edərək vəzifə borcunu şərəflə yerinə yetirən R.Rəhimov Zəngilan, Qubadlı, Şuşa istiqamətlərdə gedən döyüşlərdə şücaət göstərib.

R.Rəhimov 2020-ci il noyabrın 9-da Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidimiz 2-ci Fəxri Xiyabanda dəfn olunub.

Prezident İlham Əliyevin sərəncamına əsasən R. Rəhimov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, ”Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.



SON XƏBƏRLƏR

05 Avqust 2021
04 Avqust 2021
03 Avqust 2021
02 Avqust 2021
31 Iyul 2021
30 Iyul 2021
29 Iyul 2021
28 Iyul 2021
27 Iyul 2021
26 Iyul 2021