Bərdə sakinlərindən “patı” götürülüb

    ÖLKƏ

    01 Dekabr 2021 | 11:14

    Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər müəyyən edilib.

    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvəllər məhkum edilmiş Asəf Mirzəyev saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman külli miqdarda “patı” adlandırılan psixotrop maddə-metamfetamin və heroin aşkar edilərək götürülüb.

    Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbirində isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Xətai Quliyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman psixotrop maddə-metamfetamin aşkar edilərək götürülüb.

    Faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirlir.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024