Bayram günündə yol qəzalarında 2 nəfər ölüb

    HADİSƏ

    21 Mart 2023 | 10:55

    Martın 20-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, axtarışda olduğuna görə ümumilikdə 32, o cümlədən borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

      Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb. Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

      Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.



      XƏBƏR LENTİ

      25 Aprel 2024
      24 Aprel 2024
      23 Aprel 2024
      22 Aprel 2024
      20 Aprel 2024