Bakıda 35, bölgələrdə 37 dərəcə isti olacaq

    ÖLKƏ

    20 Iyun 2022 | 13:35

    İyunun 21-nə gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək.

      Cənub küləyi əsəcək.

      Havanın temperaturu gecə 20-23° isti, gündüz 31-36° isti, Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq.

      Atmosfer təzyiqi 759 mm civə sütunundan 748 mm civə sütununa enəcək. Nisbi rütubət 40-50 % olacaq.

      Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Şərq küləyi əsəcək.

      Havanın temperaturu gecə 17-22° isti, gündüz 32-37° isti, dağlarda gecə 8-13° isti, gündüz 20-24° isti olacaq.



      XƏBƏR LENTİ

      25 Aprel 2024
      24 Aprel 2024
      23 Aprel 2024
      22 Aprel 2024
      20 Aprel 2024