“Bakcell” və “Nar” operatorlarının şəbəkələrində yaranan problem aradan qaldırıldı - YENİLƏNDİ

    SON XƏBƏRLƏR, ÖLKƏ

    21 Sentyabr 2022 | 20:55

    Bu gün axşam saatlarından Azərbaycanda "Bakcell" və "Nar" operatorlarının şəbəkələrində problem yaranıb.

    "Bakcell" şirkətindən Pressa-ya verilən məlumata görə, problemin aradan qaldırılması üçün işlər aparılır:

    "Texniki nasazlıqla əlaqədar xidmətlərin göstərilməsində məhdudiyyətlər yaranıb. Texniki heyət çətinliyin tez bir zamanda aradan qaldırılması üçün işlər görür. Yaranan çətinliyə görə dəyərli abunəçilərimizdən üzr istəyir və tez bir zamanda xidmətlərimizin bərpa olunacağını bildiririk. Abunəçilərimizə əlavə məlumat veriləcək".

    "Nar" mobil şirkətindən verilən məlumatda bildirilir: 

    "Texniki çətinlik ilə əlaqədar  şəbəkə xidmətlərimizdə müvəqqəti fasilə yaranmışdır. Hazırda heyətimiz  xidmətlərimizin ən qısa zaman ərzində bərpa edilməsi üçün çalışır.  

    Yaranmış texniki çətinliyə görə abunəçilərimizdən üzr istəyirik. Əlavə məlumat təqdim ediləcək".

    Qeyd edək ki, şəbəkə xidmətlərində yaranan müvəqqəti çətinlik artıq bütün ölkə ərazisində tamamilə aradan qaldırılıb.

     

     



    XƏBƏR LENTİ

    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024