Təhsil Nazirliyinin “Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi”ndə qeydiyyatdan keçən valideynlərin sayı açıqlanıb.
Pressa xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib. O qeyd edib ki, “Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi”ndə üç gün ərzində 14,000-dən çox valideyn qeydiyyatdan keçib.