Azərbaycanlı hərbi həkim vəfat etdi

    ÖLKƏ

    24 Noyabr 2021 | 13:16

    Azərbaycanlı tanınmış neyrocərrah vəfat edib. 

    Pressa xəbər verir ki, hərbi həkim uzman neyrocərrah Azər Əkbərov 42 yaşında dünyasını dəyişib.

    Həkim son olaraq 2015-ci ildən işə başladığı Respublika Diaqnostika Mərkəzində həkim-neyrocərrah vəzifəsində çalışırdı.

    Qeyd edək ki, A.Əkbərov 1996-2002-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2004-2005-ci illərdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında cərrahiyyə ixtisası üzrə ilkin ixtisaslaşma kursu keçib. 2014-cü ildə Gülhanə Hərbi Tibb Akademiyasında uzmanlıq təhsilini başa vurub.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024