• Bakı 26° C

    2.49 m/s

  • USD - 1.7

    RUB - 0.024

    EUR - 1.9288

Azərbaycanla Türkiyə arasında daha bir memorandom imzalanıb

SİYASƏT

31 May 2021 | 17:35

Azərbaycanla Türkiyə arasında daha bir anlaşma memorandomu imzalanıb.

Pressa xəbər verir ki, imzalama mərasimi Azərbaycanın Baş Prokurorluğunda keçirilib.

Memorandomu Azərbaycan tərəfdən Baş prokuror Kamran Əliyev və Türkiyə tərəfdən isə qardaş ölkənin Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahin imzalayıb.

Qeyd olunub ki, Baş prokurorların imzaladığı sənəd Türkiyə və Azərbaycan arasında beynəlxalq hüquqi əməkdaşlığın gücləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi, hüquqi əlaqələrin dərinləşdirilməsi məqsədini daşıyır.

Mərasim zamanı ölkələr arasında beynəlxalq hüquqi əməkdaşlıq, ekstradisiya, prokurorların təlimi və digər əhəmiyyətli sahələrdə əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.



SON XƏBƏRLƏR

15 Iyun 2021
14 Iyun 2021
11 Iyun 2021
10 Iyun 2021
09 Iyun 2021
08 Iyun 2021
07 Iyun 2021
05 Iyun 2021
03 Iyun 2021
01 Iyun 2021
31 May 2021