Azərbaycanın xarici ticarət dövriyyəsi 10%-ə yaxın azalıb

    İQTİSADİYYAT

    16 Mart 2023 | 17:12

    Bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ticarət dövriyyəsi 7 milyard 171 milyon ABŞ dollarına bərabər olub ki, bu da ötən illin eyni dövrünə nisbətən 9,7% azdır.

    Pressa xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

    Son bir ildə ölkə üzrə ixrac 24,3% azalaraq 4 milyard 520 milyon ABŞ dollar təşkil edib. Əksinə, idxal isə 34,4% artaraq 2 milyard 651 milyon ABŞ dollarına yüksəlib.

    Xarici ticarət dövriyyəsinə 1 milyard 869 milyon dollarlıq müsbət saldo yaransa da, bu da ötən ilin eyni dövrünə nisbətən 2,1 dəfə az olub.

     



    XƏBƏR LENTİ

    03 Iyun 2023
    02 Iyun 2023
    01 Iyun 2023
    31 May 2023
    30 May 2023