Azərbaycanda yüksək vəzifəli şəxs işdən çıxarıldı

    ÖLKƏ

    14 Sentyabr 2021 | 09:07

    Diasporla İş üzrə Dövlət Komitəsində struktur və kadr dəyişikliyi olub.

    Pressa xəbər verir ki, Dövlət Komitəsinin sədri Fuad Muradov bununla bağlı müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Dövlət Komitəsinin Mətbuat katibi vəzifəsi ləğv olunaraq Komitənin Təbliğat, informasiya və analitik təhlil şöbəsinə birləşdirilib. 

    Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Aqil Əsədov isə elmi işi ilə əlaqədar vəzifəsindən azad olunub. 

    Onun yerinə bu günə qədər Komitənin mətbuat katibi vəzifəsini icra edən Vəsilə Vahidqızı təyin edilib. 



    XƏBƏR LENTİ

    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024