Azərbaycanda "Premium" və "Super" markalı benzin bahalaşıb

    ÖLKƏ

    15 Sentyabr 2021 | 09:50

    Sentyabr ayının 15-dən etibarən "A-98 SUPER" və "A-95 PREMİUM" markalı yanacaq növlərinin qiymətində artım baş verib.

    Azərbaycana avtomobil yanacağının satışı ilə məşğul olan "SOCAR-Petroleum" şirkətindən verilən məlumata görə, hazırda "A-98" 1,90 manata, "A-95" isə 1,60 manata satılır.

    "Mənbə ölkədə qiymət artımı ilə əlaqədar olaraq Azərbaycana idxal olunan "A-98 SUPER" və "A-95 PREMİUM" yanacaq növlərinin qiymətində artım baş verib", - şirkətdən bildirilib.

    Qeyd edək ki, bundan öncə "A-95 PREMİUM"un 1 litrinin qiyməti 1,45 manat, "A-98 SUPER" markalı benzinin qiyməti isə 1,6 manat təşkil edirdi.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024