Azərbaycanda keçmiş nazirə yeni vəzifə verildi

    ÖLKƏ

    23 Oktyabr 2021 | 13:05

    Rəqəmsal İnkişaf və Rabitə Nazirliyinə (RİNN) məxsus “Aztelekom” MMC-nin Dağlıq Şirvan Regional Filialı yaradılıb.

    Pressa-nın əldə etdiyi məlumata görə, yeni regional filial Ağsu, Şamaxı, İsmayıllı, Qobustan və Qəbələ rayonlarını əhatə edir.

    Filiala rəhbərlik Rövşən Həmid oğlu Məmmədova həvalə olunub. O, Naxçıvan Muxtar Respublikasının sabiq rabitə və yeni texnologiyalar naziridir və muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbovun ötən il martın 4-də imzaladığı sərəncamla vəzifəsindən azad edilib.

    RİNN-dən “Report”a xəbəri təsdiq ediblər.

    Xatırladaq ki, indiyə qədər “Aztelekom”un iki yeni regional filialı yaradılıb. Bunlar Sumqayıt, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmazdakı Telekommunikasiya Qovşaqlarını birləşdirən Şimal-Şərq Regional Filialı və Yevlax, Mingəçevir, Goranboy, Naftalan, Bərdə, Tərtər və Ağdamdakı Telekommunikasiya Qovşaqlarını birləşdirən Aran Regional Filialıdır.

    Şimal-Şərq Regional Filialına Nəriman Salmanov, Aran Regional Filiala isə Kərəm İbrahimov rəhbər təyin olunub.

    Regional filialların sayının 8-ə çatdırılması nəzərdə tutulur. Bu işlər “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” dövlət başçısının 27 aprel 2021-ci il tarixli fərmanına uyğun olaraq, o cümlədən korporativ idarəetmə prinsipləri nəzərə alınmaqla həyata keçirilir.



    XƏBƏR LENTİ

    02 Dekabr 2021
    01 Dekabr 2021
    30 Noyabr 2021
    29 Noyabr 2021