Azərbaycanda elektrik enerjisi istehsalı 3,3% artıb

    İQTİSADİYYAT

    13 May 2022 | 13:09

    Bu ilin yanvar-aprel aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 9240,1 mln. kilovatt-saat elektrik enerjisi istehsal edilib.

    Pressa xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında yazıb.Nazir bildirib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,3% artıb.

    Bildirilib ki, hesabat dövründə ölkənin elektrik enerji ixracı 518,6 mln kilovatt-saat, idxalı isə 40,7 mln. kilovatt-saat təşkil edib.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024