Azərbaycanda COVID-19-a sutkalıq yoluxma sayı 3 mini keçib, 18 nəfər vəfat edib

    ÖLKƏ

    26 Yanvar 2022 | 16:37

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 192 yeni yoluxma faktı qeydə alınıb, 1 259 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 640 148 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 619 050 nəfər müalicə olunaraq sağalıb, 8 650 nəfər vəfat edib, aktiv xəstə sayı 12448 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 544, ötən müddət ərzində isə ümumilikdə 6 094 493 test aparılıb.



    XƏBƏR LENTİ

    26 Aprel 2024
    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024